Şirkət barədə

"Borjomi" ticarət markası iri təbii mineral su istehsalçısı olan, MDB və Baltika ölkələrində təbii qablaşdırılmış sular kateqoriyasında lider "IDS Borjomi International" beynəlxalq şirkətinin tərkibindəki "IDS Borjomi Georgia" şirkəti tərəfindən istehsal olunur.

Şirkət beynəlxalq səviyyədə tanınmış mineral su istehsalçısıdır. Onun məhsulları bazarda "Borjomi", "Likani", "Rodniki Borjomi" və "Bakuriani" brendləri ilə təqdim olunur. "IDS Borjomi Georgia" Gürcüstanda mineral sular bazarının lideridir. Bütün dünyada məşhur olan "Borjomi" mineral suyu "IDS Borjomi Georgia" şirkəti portfelinin aparıcı brendidir və bu gün dünyanın otuz ölkəsinə ixrac olunur.

Şirkət bardə informasiya üçün müraciət edin: