Suallar və cavablar

Borjominin həqiqiliyinə necə əmin olmalı?

“Borjomi”nin öz zahiri görünüşünü dəyişdiyi vaxtdan bir o qədər də çox zaman keçməmişdir. Butulkanın forması daha gözəl, müasir və sadə olmuşdur.

Həm plastik, həm də şüşə butulkanın rəngi, əvvəllər olduğu kimi, “Gürcüstan Yaşılı” – Geogian Green kimi tanınan patentlənmiş səciyyəvi göyümtül-yaşıl çalara malikdir.

Plastik və ya şüşə “Borjomi” butulkasının üstündə dəqiq və asan oxunan etiketlər var. İndi bu etiketlərin sayı üçdür. Üz tərəfdəki etiket iki hissəyə ayrılır – yuxarıda ingilis dilində “Borjomi” yazılmışdır, üz tərəfdə yerləşən aşağıdakı etiketdə isə gürcü dilində “Borjomi” yazılmışdır.

İstehsalçının dəyişməz atributu olan maral emblemi, daha dəqiq desək, maralın qabartma təsviri indi bir dənədir (əvvəlki butulkada dörd idi), butulkanın ortasında, üz tərəfdəki iki (üst və alt) etiket arasında yerləşir. Borjominin plastik butulkası ağ/şəffaf-ağ plastik qapaqla, şüşə butulka isə Avropa nümunəsi əsasında metal qapaqla bağlanır, qapağın aşağısında plastik halqa yerləşir, açılarkən qapaq üç bərabər hissəyə ayrılır. Hər iki qablaşdırma növündə qapağın yuxarısına qırmızı fonda “Borjomi” sözü yazılmışdır.

Doldurulma tarixi, istifadə tarixi və istehsal partiyasının nömrəsi üz tərəfdə yerləşən aşağı hissədəki etiketin alt tərəfində, solda qeyd edilmişdir.

İstehsalçı barədə bütün məlumat “Borjomi”nin satıldığı ölkənin dilində arxa tərəfdəki etiketdə göstərilmişdir. Məsələn, Ukraynada – Ukrayna dilində, Qazaxıstanda – qazax və rus dilində və s.
Ştrix kod üz tərəfdə yerləşən aşağı hissədəki etiket üzərində sağda qoyulmuşdur.

Butulkanın açılmasından sonra suyu nə qədər saxlamaq olar?

Su, özlüyündə, əsas xassələrini bir neçə gün qoruyub saxlayır. Lakin karbon qazı tədricən uçub gedir və "Borjomi"nin dad xüsusiyyətləri dəyişir.

"Borjomi"ni dondurmaq olarmı?

Bu, son dərəcə arzuolunmazdır: belə etdikdə su bəzi əsas xassələrini itirir. Xüsusən də, qazlanma səviyyəsi azalır.

Plastik butulkadakı "Borjomi" şüşə butulkadakı ilə eynidirmi?

Bəli, təbii ki, həm şüşə, həm də plastik qablaşdırmada siz eyni "Borjomi" alacaqsınız. Plastik qablaşdırma rahat istifadə məqsədi ilə tətbiq edilmişdir ki, siz şəhər kənarına, bağa, gəzintiyə və s. yerlərə gedərkən onu özünüzlə götürə biləsiniz.