Hər şey Gürcüstan barədə

Gürcüstanın tarixi

Bizim eradan əvvəl VI əsrdən Gürcüstan İoniya yunanlarının müstəmləkəsi olmuşdur: onun qərb regionu Kolxida, şərq regionu isə İberiya adlandırılmışdır. B.e.ə. IV əsrdə Gürcüstan bir krallıqda birləşdirilmiş, eramızın IV əsrində isə buraya xristianlıq gəlmişdir. Gürcüstanı VII əsrdə ərəblər, XI əsrdə isə səlcuq türkləri tutmuşdular. X əsrdən başlayaraq Gürcüstanda feodal knyazlıqlarının mərkəzləşdirilməsi tendensiyası aydın şəkildə özünü göstərir. Bu mərhələ XII əsrin başlanğıcında Qurucu Davidin dövründə birləşmiş gürcü dövlətinin yaradılması ilə başa çatmışdır, o, daha böyük qonşu torpaqları, o cümlədən ermənilərin yaşadıqları ərazinin bir hissəsini özünə tabe etmiş, türklərin əsarətinə son qoyaraq müstəqilliyi bərpa etmişdi. Müstəqil gürcü dövlətinin yaranması ümumi yüksəlişlə müşayiət olunurdu və bu, memarlığın inkişafında da öz əksini tapırdı. Həmin dövrdə Gürcüstanda iri məbədlər –  Kutaisidə Baqrat kilsəsi (1003-cu il), Mtsxetedə Sveti-Tsxoveli baş kilsəsi (1010-1029-cu illər), Alaverd baş kilsəsi (XI əsrin birinci rübü), Samtavisi kilsəsi (1030-cu il) tikilmişdi. Qurucu David Kutaisi yaxınlığında ən mühüm gürcü monastırlarından biri olan Gelati monastırının əsasını qoymuşdu, buraya əzəmətli baş ibadətxana, akademiya binası və digər tikililər daxil idi.

XIII əsrdə Gürcüstan monqol əsarətinə məruz qalır, sonralar isə İranın və Osmanlı imperiyasının hakimiyyəti altına düşür. XVIII yüzilliyin ortalarında  Gürcüstan çarlığı elan edilir və həmin çarlıq 1801-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olur. Gürcüstan tarixinin son 200 ili Rusiya imperiyası tarixinin  tərkib hissəsini təşkil edir: Gürcüstan əvvəlcə Rusiya quberniyası, sonradan  sovet respublikası kimi mövcud olmuşdur. 1918-ci ildə Gürcüstan yenidən müstəqillik qazanmış, 1922-ci ildə Azərbaycan və Ermənistanla birlikdə Zaqafqaziya Sovet  Federativ Sosialist Respublikasının tərkibinə daxil olmuş, 1936-cı ildə isə məcburi olaraq SSRİ-nin tərkibinə daxil edilmişdir. 1991-ci ilin aprelində Gürcüstan SSRİ-dən ayrılaraq müstəqilliyini elan etmiş və 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının 179-cu üzvü olmuşdur.

2003-cü ildə hökumətin qanunverici orqana seçkilərə təsir göstərmək cəhdi kütləvi ictimai narazılığa səbəb oldu ki, bu da Prezident Eduard Şevernadzenin  istefası ilə nəticələndi. 2004-cü ildə Mixail Saakaşvili Gürcüstanın prezidenti seçildi. 

Ölkənin adı:

  • şərti tam forma: Gürcüstan Respublikası;
  • şərti qısa forma: Gürcüstan;
  • yerli tam forma:  Sakartvelos Respublika;
  • yerli qısa forma: Sakartvelo.

Coğrafi koordinatlar:  41-44 Şimal, 40-47 Şərq. Gürcüstan Respublikası Avropanın cənub-şərqində yerləşir və Zaqafqaziyanın mərkəz və qərb hissəsini əhatə edir. Şimaldan Rusiya, şərqdən Azərbaycan, cənubdan Ermənistan və Türkiyə ilə həmsərhəddir. Qərbdən Qara dənizlə əhatə olunur.

Sahəsi:  69,7 km2; ümumi ərazinin 20 %-i dövlət nəzarəti altında deyildir.

İqlim:  qərbdə - subtropik, şərqdə - subtropik iqlimdən mülayim iqlimə keçid. Ölkənin bütün ərazisində iqlim şəraiti dağların təsiri ilə sərtləşir, lakin dağ silsilələrinin böyük hissəsi qərbdən şərqə doğru yönəldiyindən, hətta ən uzaq rayonlarda belə isti Qara dəniz hava kütlələrinin təsiri hiss olunur.

Əhali: 4 385 400 nəfər (2009-cu ilin əvvəlindəki vəziyyətə görə).

Paytaxt: Tbilisi.

İri şəhərləri: Tbilisi, Kutaisi, Batumi, Rustavi.

İnzibati regionlar: Gürcüstan 53 rayondan və 2 muxtar respublikadan ibarətdir ki, bunlar 12 region və 11 şəhər üzrə birləşdirilmişdir.

Rayonlar:  Abaşa, Adigeni, Axalqora, Axaltsixe, Axmeta, Ambrolauri, Aspindza, Baxdati, Bolnisi, Borjomi,  Çkorosku, Çoxatauri, Dedoplistskaro, Dmanisi, Duşeti, Qardabani,  Qurdcaani, Cava, Kareli, Kaspi, Xaraqauli, Xaşuri, Xobi, Xoni, Laqodexi, Lançxuti, Lentexi, Marneuli, Martvili, Mertsia, Mtsxeta, Ninotsminda, Oni, Ozurgeti, Kazbegi, Kvareli, Saçxere, Saqaredco, Samtrediya, Senaki, Siqnaxi, Telavi, Tercola, Tetritskaro, Tianeti, Tsageri, Tsalendcika, Tsalka, Vani, Zestafoni, Zuqdidi.

Muxtar Respublikalar: Abxaziya (Gürcüstanın dövlət nəzarəti xaricindədir) və Acariya.

İri şəhərləri: Batumi, Çiatura, Qori, Kutaisi, Poti, Rustavi, Suxumi, Tbilisi, Tkibuli, Tsxinvali, Tsxaltubo.

12 region:

  • Abxaziya (Suxumi);
  • Acariya (Batumi);
  • Quriya (Ozurgeti);
  • İmereti (Kutaisi);
  • Kaxeti (Telavi);
  • Kvemo-Kartli (Rustavi);
  • Mtsxeta-Mtianeti (Mtsxeta);
  • Raça-Leçxumi-Kvemo-Svaneti (Zuqdidi);
  • Samtsxe-dcavaxeti (Axaltsixe);
  • Şida-Kartli (Qori);
  • Tbilisi (Tbilisi).

Etnik tərkibi (2002-ci il üzrə məlumatlar):

  • gürcülər – 83,8 %;
  • azərbaycanlılar – 6,5 %;
  • ermənilər – 5,7 %;
  • ruslar – 1,5 %;
  • digərləri – 2,5 %.

Dil:

  • gürcü (rəsmi) – 71 %;
  • rus – 9 %;
  • erməni – 7 %;
  • Azərbaycan – 6 %;
  • digərləri – 7 %;
  • abxaz dili Abxaziyanın rəsmi dili hesab olunur.

Din:

  • pravoslav (gürcülərin əsas hissəsi, ruslar, abxazların, osetinlərin, yunanların bir hissəsi) – 83,9%;
  • erməni apostol kilsəsi (ermənilər) – 3,9%;
  • katolik (gürcülərin və ermənilərin cüzi hissəsi) – 0,8%;
  • islam - sünni məzhəbi (Acariyadakı və Mesxet-Cavaxetidəki gürcülər, abxazlar, azərbaycanlılar, kistinlər) – 9,9%.