Muzey

“Qolovin dövrü”

  • 1816-cı il – Qori şəhərində Borjomi vadisi yaxınlığında Xerson qrenader alayı yerləşdirilir, onun əsgərləri Borjomi mineral bulağını aşkar edirlər.
  • 1834-cü il – Xerson alayını gürcü qrenaderləri əvəz edir. Alay həkimi S.Əmirov bulaqdan axan mineral suyun tərkibini və təsirini öyrənməyə başlayır, suyun ilk nümunələrini Peterburqun və Moskvanın ali tibb dairələrinə göndərir.
  • 1841-ci il – Çarın Qafqazdakı canişini general Yevgeni Qolovin öz qızı Yekaterinanı müalicə üçün Borjomiyə gətirir. Qız sağaldıqdan sonra isə   onlardan birini “Yevgeni bulağı” digərini isə “Yekaterina bulağı” adlandırır.
  • 1842-ci il – doktor Əmirov general Qolovinə Borjomidə kurort yaratmaq xahişi ilə müraciət edir. Bundan sonra Borjomi infrastrukturunun inkişaf dövrü başlanır.

“Vorontsov dövrü”

  • 1846-cı il – çarın Zaqafqaziyadakı yeni canişini M.Vorontsov Borjomidə malikanə tikmək qərarına gəlir və onun mineral sularına diqqət yetirir. Özünün yay iqamətgahında kurort yaradaq, Borjomidə evlər, byuvetlər (mineral su içilən yerlər), vannalar, parklar, kilsələr, mehmanxanalar, körpülər və yollar tikdirir, Tiflislə telefon və poçt rabitəsi yaradır.
  • 1850-ci il - “Borjomi” mineral suyunun doldurulması və kurortdan kənara ixracı sahəsində ilk cəhd həyata keçirilir: hərbi xəstəxananın əczaçısı Zaxarov suyu 1300 ovalşəkilli yarımlitrlik butulkalara doldurur və satış üçün Tiflisə aparır. Bu arada Borjomidə Mineral su parkı salınır.

“Romanovlar dövrü”

  • 1862-ci il – Zaqafqaziya canişini təyin edilən böyük knyaz Mixail Romanov Borjomini özünün yay iqamətgahı seçir. Kurort infrastrukturunun Karlsbada və ya Vişi səviyyəsində əsaslı tikintisi dövrü başlanır. Eyni zamanda, Rusiyanın nüfuzlu müəssisələrində Borjomidən götürülmüş mineral suyun müalicəvi xüsusiyyətləri öyrənilir.
  • 1890-cı il – Mineral su parkında ilk sudoldurma zavodu işə düşür.
  • 1861-ci il – sonradan hər il 10-12 milyon butulka istehsal edən ilk şüşə zavodu açılır.
  • 1899-cu il – Borjomidə 3 min at gücündə ilk elektrik stansiyası tikilir. Bu stansiya  Borjomi dərəsini və  yaxınlıqdakı üç rayonu elektrik enerjisi ilə təchiz edir.
  • 1900-cü il – Borjomiyə ezam olunan kimyaçı F.Moldsnqauer butulkalara doldurulmuş suyun fiziki-kimyəvi xüsusiyyətlərinin qorunub saxlanması metodunu işləyib hazırlayır. Alim suyun  karbon qazı ilə zənginləşdirilməsini təklif edir. Bu metod  “Borjiomi”nin xaricə ixrac edilməsinə imkan verir.
  • 1904-cü il – “Borjomi”nin doldurulmasının mexanikləşdirilməsinə nail olunur.
  • 1905-ci il – istehsalın qaydaya salınmasından sonra “Borjiomi”nin illik ixracı 320 min butulkaya çatdırılır.
  • 1907-ci il -  “Borjomi” Spas şəhərində (Belçika) diplom alır.
  • 1909-cu il – “Borjomi” Kazanda qızıl medala layiq görülür.
  • 1911-ci il – “Borjomi” Drezden şəhərində (Almaniya) fəxri fərmana layiq görülür.
  • 1921-ci il – Borjomiyə şəhər statusu verilir.

Sovet dövrü

  • 1953-cü il – 1890-cı ildə Mixail Romanovun “Borjomi”nin doldurulması üzrə ilk zavodu tikdirdiyi yerin yaxınlığında yeni, müasir 1 No-li sudoldurma zavodu inşa edilir.
  • 1961-ci il -  dünyanın 15 ölkəsinə 423 min butulka “Borjomi” ixrac edilir.
  • 1969-cu il – 2 No-li sudoldurma zavodu tikilir.
  • 1980-1990-cı illər – “Borjomi”nin satışı rekord həddə - ildə 400 milyon butulkaya çatdırılır.

Bizim dövr

  • 1995-ci il – “Borjomi”nin yeni erası başlayır: zavodlara investorlar cəlb olunur.
  • 1997-ci il – 1 və 2 No-li sudoldurma zavodları modernləşdirilir. Şirkətin mülkiyyəti  Borjomidən 30km aralı yerləşən, yeni avadanlıqlarla təchiz olunmuş Xaşursk şüşə zavoduna keçir.
  • 1998-ci il – 2 No-li zavodda “Borjomi”nin polietilen butulkalarda istehsalına başlanır.
  • 1999-cu il – 2 No-li zavodda “Rodniki Borjomi” (“Borjomi bulaqları”) qazsız mineral suyunun istehsalına başlanlır.
  • 2002-ci il – 2 No-li zavod  5 litrlik, 2008-ci ildən isə 6 litrlik butulkalarda “Bakuriani” qazsız mineral suyunun istehsalına başlayır.
  • 2004-cü il – zavodların modernləşdirilməsinin ikinci mərhələsi başlanır. Suyun doldurulması üzrə yeni Avropa istehsal xətləri quraşdırılır, zavod binalarının və anbarlarının bərpası üzrə işlər həyata keçirilir.
  • 2005-ci il – “Borjomi” istehsalı 200 milyon butulkaya çatdırılır.
  • 2007-ci il – “Bureau Veritas” məşhur beynəlxalq sertifikatlaşdırma şirkətinin keçirdiyi audit nəticəsində sudoldurma zavodlarına istehsalatda təhlükəsizlik və keyfiyyət üzrə ISO 22000 beynəlxalq sertifikatı verilir.