Tibbi araşdırmaların nəticələri

“Borjomi"nin tərkibindəki mikro və makro elementlərin xüsusiyyətlərini nəzərə alsaq, bu suyun istifadəsi şəkərli diabet, oynaq və birləşdirici toxuma xəstəlikləri, yüksək fiziki gərginliklər zamanı, isti hava şəraitində və ya yüksək temperaturlarda iş zamanı, eləcə də yüksək dağlıq rayonların əhalisi, aşağı kalorili pəhriz saxlayan və ya çəki azlığı olan insanlar üçün faydalıdır.

Bundan əlavə, bu mineral sudan keçmiş zamanlardan bəri xroniki qastrit, mədə yarası və onikibarmaq bağırsağın, qaraciyərin və ödqovucu yolların xəstəliklərində, öd daşı, sidik kisəsi daşı xəstəliklərində, sidikqovucu yolların iltihabı xəstəliklərində və tənəffüs yollarının xəstəliklərində istifadə olunur.

“Borjomi” və fiziki fəallıq

Orqanizmin normal fəaliyyəti üçün son dərəcə vacib şərt budur ki, bədəndəki su tər ifrazatının və sidik-tənasül sisteminin işini lazım olan miqdarda su ilə təmin etsin. Bu səbəbdən də fiziki fəallıq zamanı xüsusi su-içmə rejiminə riayət olunması orqanizmi ciddi fəsadlardan qoruyur. Fiziki fəaliyyət zamanı duzlu su içilməsi təsirli olur – bu, natrium itkisini kompensasiya edir, əhvalı yaxşılaşdırır və insanın iş qabiliyyətini yüksəldir. Ona görə də yüksək fiziki gərginliklər və idman məşğələləri zamanı orqanizmdə optimal su-duz tarazlığını qoruyub saxlamaq üçün müntəzəm “Borjomi” içmək tövsiyə olunur.

“Borjomi” və həzm yolu xəstəlikləri

Çoxsaylı araşdırmalar nəticəsində aşkar edilmişdir ki, “Borjomi” mineral suyu xroniki nazik və yoğun bağırsaq xəstəliklərində (enterit, enterokolit, kolit), ishal, qəbizlik hallarında və qida zəhərlənmələri zamanı kömək edir. O, qaraciyər xəstəliklərində də (məsələn viruslu hepatit, piy və ya diabetik hepatoz) əvəzolunmazdır – “Borjomi” qaraciyər hüceyrələrinin funksiyasının bərpasına kömək edir. Mədə xorası xəstəliyindən və həzm sisteminin yuxarı şöbələrinin hiperaktivliyi nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkən insanlara tərkibindəki karbon qazı çıxarılmış isti “Borjomi” içmələri məsləhət görülür.

“Borjomi” və şəkərli diabet

Şəkər xəstəliyindən əziyyət çəkən insanlar daim susuzluq hiss edirlər, bu səbəbdən onlar maye itkisini biokarbonat-kalsium, sulfat və natrium duzlarının köməyi ilə bərpa etməlidirlər. Sübut edilmişdir ki, “Borjomi” mineral suyunun kompleks müalicəyə daxil edilməsi şəkərli diabet xəstələrinin vəziyyətinin yaxşılaşması ilə, eləcə də hemostazın bəzi biokimyəvi və hormonal göstəricilərinin dəyişiklikləri ilə müşayiət olunur ki, bu da şübhəsiz, şəkərli diabetin ağırlaşmasının və onun sonrakı ağırlaşmış formalara keçməsinin qarşısının alınmasına müsbət təsir göstərir. Bundan əlavə, “Borjomi”nin tərkibindəki mikroelementlər (mis, natrium, kükürd) insulinin sintezinə imkan yaradır. Bu mineral su pozulmuş su-duz tarazlığının normallaşmasına kömək edir, susuzluq hissini azaldır və mədəaltı vəzinin funksiyasına müsbət təsir göstərir.