Arıqlama

Diyetoloq mütəxəssislərin fikrincə, çəkisi çox olan insanların orqanizmlərində su tərkibi hədsiz dərəcədə azaldığından, onlar daha çox su içməlidirlər. Bu halda tərkibində karbon, hidrogen sulfid, hidrokarbonat və natrium sulfat ionları olan mineral suya, məsələn, “Borjomi”yə üstünlük verilməsi tövsiyə olunur. Bu su karbohidrat və lipid mübadiləsinə müsbət təsir göstərir, adenozintrifosfor turşusunun (ATF) yaranmasını gücləndirir (bədəndə ATF-nin azalması zamanı enerji ayrılır).

Qeyd etmək lazımdır ki, artıq çəkili insanlara həkimlər güclü şəkildə qazlaşdırılmış sudan istifadə etməməyi tövsiyə edirlər, çünki bu cür su mədə şirəsinin ifrazatını stimullaşdırır və beləliklə, aclıq hissi yaradır. Bu səbəbdən də arıqlamaq istəyən insanlara “Borjomi” suyunu içməzdən öncə qarışdırıb, tərkibindəki karbon qazını çıxarmaq məsləhət görülür.