XƏBƏRLƏR, Press-relizlə

07.09.2011 “Borjomi” mineral suyunun Rusiya bazarına tədarük edilməsi
07.09.2011 Kiyev, Ukrayna.
“Borjomi”nin Rusiyaya tədarük edilməsinin bərpası ilə bağlı məsələ “IDS Borjomi International” (bundan sonra Qrup adlanacaq) şirkətinin baş ofisinin səlahiyyətləri daxilindədir.
Qrupun baş ofisinin nümayəndələri tərəfindən Rusiyada və Gürcüstanda  müvafiq hökumət orqanları ilə danışıqlar və yazışmalar həyata keçirilməkdədir.

25.01.2011 “Borjomi” ilə sağlam ol
“Borjomi” ilə sağlam ol” layihəsi 2010-cu ilin sentyabrından bəri böyük uğurla həyata keçirilməkdədir. Layihə “IDS Borjomi Gürcüstan” şirkətinin dəstəyi ilə   Tbilisi Dövlət Tibb Universitetinin özünüidarə qurumu tərəfindən həyata keçirilir.

20.11.2010 Borjomi” – 120 illik tarixə malik mineral su brendi
20 noyabr 2010-cu il tarixində “IDS Borjomi Gürcüstan” şirkəti “Borjomi” mineral suyunun sənaye üsulu ilə doldurulmasının 120 illik yubileyini qeyd edir. Borjomi və Tbilisi şəhərlərində bayram tədbirləri keçiriləcək.

23.10.2010 “IDS Borjomi Gürcüstan” şirkətinin himayəsi altında Bakurianidə elmi konfrans keçirilir
23-24 oktyabr tarixlərində Bakurianidə, “Vere-Palas” mehmanxanasında  “IDS Borjomi Gürcüstan” şirkətinin və Tbilisi Dövlət Tibb Universitetinin “Borjomi mineral suyu və sağlam həyat tərzi” adı altında  birgə beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

17.10.2010 Sağlam həyat tərzini dəstəkləyən Memorandum!
“IDS Borjomi Gürcüstan” şirkəti ilə kurortologiya, fizioterapiya, reabilitasiya və tibbi turizm elmi-praktik mərkəzi – Tbilisi balneoloji kurortu əməkdaşlıq barədə memorandum imzalayacaqlar.

20.09.2010 Kazbek zirvəsinə “Borjomi” yubiley bayrağı sancılmışdır
“Borjomi”nin 120 illik yubileyi çərçivəsində “Borjomi” yubiley bayrağı dəniz səviyyəsindən təxminən 5000 metr yüksəklikdə ucaldılmışdır.

17.05.2010 “Borjomi” ticarət markasının 120 illiyi: ənənələr və zamanın sınağından çıxmış keyfiyyət
17 may 2010-cu il, Kiyev, Ukrayna. – “IDS Borjomi International”ın tərkibinə daxil olan və Gürcüstan qablaşdırılmış sular bazarının lideri “IDS Borjomi Gürcüstan” şirkəti bu il  bütün dünyada məşhur “Borjomi” ticarət markasının – şirkətin brendlər portfelinin flaqmanının 120 illiyini qeyd edir.

20.03.2009 “Georgian Glass and Mineral Waters Company” “Borjomi” mineral suyunun istifadəsinə lisenziya almışdır
20 mart 2009-cu il tarixində  Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi “Borjomi” yatağında mineral suyun hasilatına lisenziya verilməsi ilə bağlı hərrac keçirmişdir.