İstehsal və doldurma

Borjominin hasil edilməsi

“Borjomi” – tərkibində karbonat, hidrokarbonat-natrium olan nadir mineral su yatağıdır. Borjomi çeşmələrindən çıxan suyun hər damlası qiymətlidir. 

Bu gün Borjomi dərəsindəki 9 istismar quyusunun hamısı təbii axım rejimində fəaliyyət göstərir, başqa sözlə desək, suyun məhz təbii yolla bərpa olunan həcmi hasil olunur. Dərinliyi bəzən 1500 metrə çatan bu quyularla mineral suyu yer səthinə karbonatlı qaz sıxıb çıxarır.

“Borjomi”nin doldurulması

Quyulardan çıxarılmış mineral su paslanmayan yüksək keyfiyyətli poladdan çəkilmiş 25 kilometrlik boru kəməri ilə sudoldurma zavodlarına ötürülür. Orada su duruldulur, soyudulur, təbii karbonatlı qazlarla zənginləşdirilir və butulkalara doldurulur, sonra isə qapağı kip bağlanır və butulkaların üstünə etiketlər vurulur.

Bu gün Borjomi şəhərində 2 sudoldurma zavodu fəaliyyət göstərir: bunlardan biri Borjomi suyunu şüşə butulkalara, digəri isə polietilen butulkalara doldurmaq üçün ixtisaslaşdırılmışdır. Son on il ərzində avadanlıqlarla tam yenidən təchiz edilərək modernləşdirilmiş bu zavodlar həm buraxılan məhsulun həcmi, həm də tətbiq olunan innovativ texnologiyaların səviyyəsi baxımından lider hesab olunur.

2 №-li zavod

Yüksək ixtisaslı və təcrübəli işçi heyət, suyun doldurulması üzrə ən müasir Avropa istehsal xətləri, yüksək beynəlxalq standartlara cavab verən istehsalat prosesi – bütün bunlar “Borjomi” ticarət markası daşıyan mineral suyun qüsursuz keyfiyyətinin tərkib hissəsini təşkil edir.

Nəzarət sistemi və standartlar

“Borjomi” suyunun qablaşdırılması avtomatlaşdırılmış texnoloji xətlərdə həyata keçirilir. Onların gücü hasil olunan su resurslarını tam mənimsəməyə imkan verir. Hər iki zavodda təsdiqlənmiş prosedura tam uyğun şəkildə və müntəzəm qaydada məhsulun və mənbələrdən daxil olan suyun keyfiyyətinin yoxlanılması keçirilir. Bu məqsədlə müasir kimyəvi və mikrobioloji laboratoriya kompleksi yaradılmışdır. Analizlər Avropa Komissiyasının içməli və mineral suyun keyfiyyəti üzrə tələblərinə uyğun qaydada yerinə yetirilir.

1№-li zavodda qablaşdırma

Borjomi yatağının hidrogeoloji monitorinqi üçün yerli və beynəlxalq ekspertlərin - Gamma (Gürcüstan), Zenith Consulting (Böyük Britaniya), Antea (Fransa), SGS Institut Fresenius (Almaniya) - xidmətlərindən istifadə olunur. Su nümunələri müntəzəm şəkildə Tbilisidəki və idxalçı ölkələrdəki kənar laboratoriya analizlərinə göndərilir.

“Borjomi” suyunun keyfiyyətə nəzarət sistemi onun hasil edilməsindən tutmuş qablaşdırılmasına və çatdırılmasına qədər bütün mərhələlərdə istehsalat prosesinə nəzarət etmək imkanı verir. Bundan əlavə, suyun keyfiyyətinə nəzarət sistemi ISO 22000 prinsiplərinə (qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin qiymətləndirilməsi üzrə ən müasir sistem) tam uyğundur, “Borjomi”nin özü isə birinci mineral sudur ki, MDB və Baltik ölkələrində ISO 22000 keyfiyyət standartına layiq görülmüşdür.

1No-li zavodda qablaşdırma