Borjominin tarixi

Borjomi mineral bulaqları min ildən çoxdur ki, aşkar edilmişdir. Bunu XX əsrin əvvəllərində tapılmış 7 daş vanna sübut edir, onların düzəldilməsi bizim eranın birinci minilliyinin başlanğıcına təsadüf edir. Çox ehtimal ki, həmin vaxtlarda bu sudan içmək üçün deyil, çimmək üçün istifadə olunmuşdur. Sonra həmin bulaqlar uzun müddət unudulmuş, onların çıxdıqları yerlər isə baxımsız qalmışdır.

Qəribədir ki, bu bulaqlara ikinci həyatı hərbçilər bəxş etmişlər: 1829-cu ildə Borjomidə Xerson qrenader alayı yerləşdirilmişdi. Bir dəfə əsgərlər meşədə Borjomka çayının sağ sahilində mineral su bulağı aşkar edirlər. Polkovnik P.Popov bununla maraqlanır, onun təmizlənməsini və suyun butulkalarda alaya daşınmasını əmr edir. Mədə xəstəliklərindən əziyyət çəkən polkovnik mineral suyun təsirini ilk olaraq öz üzərində sınayır və su ona o dərəcədə müsbət təsir göstərir ki, bulağın ətrafının daşlarla dövrələnməsi, özü üçün yaxınlıqda hamam və kiçik ev tikilməsi barədə əmr verir.

1837-ci ildə Xerson alayı gürcü qrenaderləri ilə əvəz olunur. Alay həkimi Əmirov bulaqdan əldə olunmuş suyun tərkibini və təsirini araşdırmağa başlayır. O, suyun ilk nümunələrini Peterburqa və Moskvaya da göndərir.

1841-ci ildə su o qədər məşhurlaşır ki, çarın Qafqazdakı canişini öz qızını müalicə üçün Qafqaza gətirir. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi məlum olmasa da, su qıza çox kömək edir və canişin birinci bulağı qızının şərəfinə “Yekaterina bulağı”, həmin vaxtda aşkar edilmiş və ətrafında abadlıq işləri aparılmış ikinci bulağı isə öz şərəfinə “Yevgeni bulağı” adlandırır.

1850-ci ildə burada Mineral su parkı salınır, 1854-cü ildə isə ilk sudoldurma zavodunun tikintisinə başlanır.

Həmin zamanlarda şəfaverici bulaqların şöhrəti artıq bütün Rusiyaya yayılmış, Borjominin yüksəlişi başlanmışdı. Burada yeni saraylar, parklar, bağçalar, mehmanxanalar tikilirdi. 1894-cü ildə Xaşuridən Borjomiyə qədər çəkilən dəmiryol qolu əlaqələri xeyli dərəcədə yaxşılaşdırdı – o vaxta qədər bura faytonlarda, at arabalarında gedib-gəlirdilər və Tiflisdən Borjomiyə qədər yol təxminən 8-9 saat vaxt aparırdı.

1894-cü ildə Mixail Romanov Mineral su parkında sudoldurma zavodu tikdirdi. Bu zavod XX əsrin 50-ci illərinə qədər işləyirdi, həmin vaxt artıq bütün dünyada tanınan su burada butulkalara vurulurdu.

В 1896 г. был открыт первый стекольный завод. Бутылки там выдували вручную до 1950 г. 1896-cı ildə ilk şüşə zavodu açıldı. 1950-ci ilə qədər butulkaları orada əllə, üfürmə üsulu ilə hazırlayırdılar.

1904-cü ildə “Borjomi” suyu istehsalının qismən mexanikləşdirilməsinə nail olundu. Şüşənin üfürülməsi hələ əllə yerinə yetirilsə də, suyun doldurulması artıq mexanikləşdirilmişdi. “Borjiomi” mineral suyunun vaqonlarla satışı barədə elanın qəzetdə verilməsi də həmin ilə təsadüf edir. Suyun qablara vurulması var qüvvə ilə həyata keçirilirdi - əgər 1854-cü ildə Borjomidən cəmi 1350 butulka daşınmışdısa, 1905-ci ildə istehsal prosesi yaradıldıqdan sonra isə ixrac 320 min butulkaya çatmışdı. 1913-cü ildə buradan ümumilikdə 9 milyon butulkadan çox su daşınmışdı.

Gürcüstanın sovetləşdirilməsi “Borjiomi” nin populyarlığını zəiflətmədi. Dəyişən yalnız istirahətə gələnlərin yüksək təbəqəsi və statusu oldu: Romanovu Stalin əvəz etdi - o da bu suyu çox sevirdi. Kreml bircə tədbiri belə “Borjomi”siz keçirmirdi.

1960-cı illərin mülayim ab-havası “Borjomi”yə xaricdə tanınmaq üçün daha bir şans verdi. 1961-ci ildə dünyanın 15 ölkəsinə, o cümlədən ABŞ-ya, Fransaya, Avstriyaya 423 min butulka “Borjomi” ixrac olunurdu. 1980-ci illərdə “Borjomi”nin satışı 400 milyona çatmışdı və SSRİ ərazisində “Borjomi” ən məşhur su idi.

1990-1995-ci illərdə Gürcüstandakı daxili iqtisadi çətinliklər üzündən istehsal kəskin şəkildə azalmışdı. Lakin 1995-ci ildən “Georgian Glass & Mineral Water Co. N.V.” şirkəti iki sudoldurma zavodunda “Borjomi” istehsalını bərpa etdiyi vaxtdan başlayaraq suyun istehsalı 40 dəfə artdı və Gürcüstan təbiətinin bu zəngin nemətini indi dünyanın 30 ölkəsində tanıyırlar.