Təmizlənmə

“Borjomi”nin tərkibinə daxil olan vulkanik mənşəli unikal minerallar kompleksi sayəsində bu təbii mineral su “daxili duş” təsiri göstərir və orqanizmi çox gözəl təmizləyir. Bundan əlavə, immuniteti yüksəldir və həzm sistemi və maddələr mübadiləsi xəstəliklərinin profilaktikası və müalicəsi zamanı yaxşı təsirə malikdir.

Qidalanma gigiyenası üzrə mütəxəssislərin rəylərinə görə, müasir xoşagəlməz ekoloji şərait və tarazlaşdırılmamış qidalanma ucbatından insan “zahirən və daxilən turşumuşdur”, başqa sözlə, insan orqanizminin turşu-qələvi balansında (pH) turşu tərəf üstünlük təşkil edir. “Borjomi”dən müntəzəm istifadə pH səviyyəsini normallaşdırmağa, eləcə də orqanizmdə maddələr mübadiləsi prosesləri üçün optimal şərait yaranmasına imkan verir. “Borjomi” həm də bağırsağın işini yaxşılaşdırır və şlakların xaric olunmasına kömək edir.

Bu su mineral tərkibinin tarazlığına görə fərqləndiyi üçün bir çoxları onu ənənəvi olaraq adi süfrə suyu kimi içirlər.